Xızı, Bəybəyim dağı və Rəngli dağlar
Tur haqqında
Bəybəyim dağı və Xızının Rəngli dağlarını görməyə gedirik 🏔 Bəybəyim dağı Varafta silsiləsinin ən yüksək nöqtəsidir (935 m). Zirvədən Beşbarmaq dağı, Xəzər dənizi və Xızı rayon mərkəzinə panorama açılır. ⏳ Müddət: 6 saat | 📊 Çətinlik: Orta–Asan | 🚶 Marşrut: 10 km (gediş–gəliş) 🗓 Proqram: 06:40 – Toplaşma (Gənclik m/st, Badamlı çıxışı) 07:00–09:30 – Bakı → Zarat kəndi 10:00–14:00 – Bəybəyim dağına zirvə yürüşü 16:00–18:00 – Zirvədən geri dönüş 18:00–20:00 – Zarat kəndi → Bakı 💰 Qiymət: 45 AZN ✔️ Önəmli qeyd: Təbiətə gedirik, yağışı, küləyi, palçığı dərd etməyən, hər şeyə mız qoyub, turu başqalarının da burnundan gətirməyən, əsl yol adamı olan, xoşniyyət, əyləncəli adamsansa, gəl 🌞 📲 Qeydiyyat və əlavə məlumat üçün: +994 70 671 78 04 (WhatsApp)
Daxildir
- Komfortlu nəqliyyat (Bakı–Xızı–Bakı)
- Dağ bələdçiləri
- Çay süfrəsi
Özünüzlə gətirin
- Rahat ayaqqabı
- Pasport və ya şəxsiyyət vəsiqəsi
- Hava şəraitinə uyğun geyim
İcazə verilmir
- Böyük çamadanlar və çantalar
- Müşayiətsiz yetkinlik yaşına çatmayanlar
Yürüş trayektoriyası
Yalnız piyada gedilən hissəni göstərir — nəqliyyatla qət olunan yol daxil deyil.
Tur bələdçisi
Ağıllı Çanta & İlkin Hazırlıq
Sizin fərdi təcrübənizə uyğun çanta və yürüş tövsiyələri
❓ Bundan öncə neçə yürüşdə (hiking-də) olmusunuz?
Rəylər
Ödənişsiz ləğv
Tam geri ödəmə üçün 48 saat əvvələ qədər ləğv edin
İndi rezerv et, sonra ödə
Səyahət planlarınızı çevik saxlayın — yerinizi bron edin və bu gün heç nə ödəməyin.

